Yazını böyüt
Yazını kiçilt
Litva digər ölkələrə məxsus pilotsuz uçuş aparatlarının öz ərazisi üzərindən uçmasına icazə vermək niyyətində deyil.
Hafta.az xəbər verir ki, Litva Prezidentinin xarici siyasət üzrə müşaviri Asta Skaysgirite bu barədə “Ziniu Radijas” radiosunun efirində deyib:
“Litva heç vaxt üçüncü ölkələrin dronları üçün öz hava məkanını açmayıb və bunu etmək niyyətində deyil”.
Xatırladaq ki, son zamanlar Ukrayna-Rusiya müharibəsi zonasından buraxılan PUA-ların istiqamətini itirərək Litva da daxil olmaqla Baltikyanı ölkələrdə qəzaya uğraması ilə bağlı hadisələr qeydə alınıb.